Dünya
İsrail Qəzzada əməliyyatları iki günə dayandıra bilər
Xpress.az Redaksiyası
11.06.2026 08:59
Qəzza zolağında Fələstin radikallarının məhv edilməsi və İsrailin digər hərbi əməliyyatları iki gün ərzində dayandırıla bilər.
Bu barədə "Əl-Hədəs" televiziyasının məlumatında deyilir.
Bildirilib ki, bu məsələ ilə bağlı ilkin razılıq Misirin paytaxtı Qahirədə keçirilən Qəzza danışıqlarının sonuncu mərhələsində əldə edilib.
Misir rəsmiləri və Fələstin fraksiyalarının nümayəndələri hələlik bu məlumatla bağlı şərh verməyiblər.