Dünya
Navrotski Zelenskiyə ultimatum verdi
Xpress.az Redaksiyası
14.06.2026 07:41
Polşa Prezidenti Karol Navrotski Vladimir Zelenskini Ağ Qartal ordenindən məhrum etmək məsələsi ilə bağlı ona ultimatum irəli sürüb.
Bu barədə "Rzeczpospolita" qəzeti məlumat yayıb.
Navrotski Zelenskiyə bildirib ki, əgər Ukrayna hərbi bölməsinin adındakı "UPA qəhrəmanları" ifadəsi dəyişdirilərsə, onu mükafatdan məhrum etmək məsələsinə yenidən baxa bilər.
Qeyd olunur ki, söhbət həftələrdən deyil, günlərdən gedir, lakin hələlik heç bir tərəf bu məsələ ilə bağlı yekun qərar qəbul etmək istəmir.