Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Filmə baxa-baxa "narkoz"suz beyin əməliyyatı oldu
Filmə baxa-baxa "narkoz"suz beyin əməliyyatı oldu
Dünya

Filmə baxa-baxa "narkoz"suz beyin əməliyyatı oldu

Xpress.az Redaksiyası 17.06.2026 13:34

Hindistanda neyrocərrahlar beyin şişindən əziyyət çəkən qadın üzərində qeyri-adi əməliyyat həyata keçiriblər. Pasiyent əməliyyat zamanı anesteziya verilmədən sevdiyi aktyorun filminə baxıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kotesvaramma adlı qadın uzun müddət beyinindəki şiş səbəbindən müxtəlif narahatlıqlardan əziyyət çəkib.

Şiş beynin nitq və hərəkət funksiyalarını idarə edən hissələrinin yaxınlığında yerləşdiyi üçün həkimlər əməliyyatı pasiyenti ayıq vəziyyətdə saxlamaqla həyata keçirmək qərarına gəliblər. Əməliyyata başlamazdan əvvəl tibb heyəti qadından sevdiyi filmi izləməsini xahiş edib. Kotesvaramma öz kumiri olan aktyor və eyni zamanda ştatın vitse-premyeri vəzifəsini daşıyan Pavan Kalyanın baş rolda oynadığı “OG” filmini seçib.

Cərrahlar şişi çıxardıqları müddətdə qadın filmi izləyib və eyni zamanda həkimlərlə söhbət edib. Neyrocərrahın sözlərinə görə, pasiyentin sevdiyi aktyorun filmini izləməsi onun sakit qalmasına və stress keçirməməsinə kömək edib.

Əməliyyat zamanı qadının danışması həkimlərə beynin fəaliyyətini fasiləsiz izləməyə imkan verib. Bu üsul sayəsində nitq və hərəkət funksiyalarına cavabdeh olan vacib nahiyələrin zədələnməsi riski minimuma endirilib.

Həkimlər bildiriblər ki, əməliyyat uğurla başa çatıb və heç bir ağırlaşma qeydə alınmayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək