Dünya
NATO Ukraynaya 70 milyardlıq yardım verəcək
Xpress.az Redaksiyası
18.06.2026 13:49
NATO ölkələri Ukraynaya 70 milyard avroluq hərbi yardım ayırmağı nəzərdən keçirir, ABŞ-ın Almaniyanın təklif etdiyi yeni təşəbbüsdə iştirakı isə qeyri-müəyyən olaraq qalır.
Bu barədə “Euractiv” portalı mənbələrə istinadla məlumat yayıb.
“Sözügedən məbləğin ayrılması alyansın 7-8 iyul tarixlərində keçiriləcək zirvə görüşünün əsas potensial nəticələrindən biri ola bilər”, - mənbə bildirib.