Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Vens: İranın nüvə proqramı başa çatır, Hörmüz boğ...
 Vens: İranın nüvə proqramı başa çatır, Hörmüz boğazı açılır
Dünya

Vens: İranın nüvə proqramı başa çatır, Hörmüz boğazı açılır

Xpress.az Redaksiyası 21.06.2026 17:55

İsveçrədə başlayan ABŞ-İran danışıqlarında böyük irəliləyiş əldə edilib.

Bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bəyan edib.

"Son bir neçə saat ərzində artıq əhəmiyyətli irəliləyiş əldə etmişik. Ümid edirəm ki, yaxın gələcəkdə daha böyük irəliləyiş əldə edəcəyik", - deyə o, bildirib.

"İranın nüvə proqramı başa çatır, Hörmüz boğazı açılır", - deyən Vens vurğulayıb ki, Ağ Ev lideri Donald Tramp hökumətinin missiyası Yaxın Şərqin mürəkkəb məsələlərini diplomatiya vasitəsilə fəal şəkildə həll etməkdir. Vens danışıqların hazırkı nöqtəyə çatmasında Qətərin rolunu qabardıb.

Diplomat həmçinin Livanda atəşkəsin təmin edilməsində irəliləyişlərin olduğunu da açıqlayıb: "Son bir neçə gündə Livanda atəşkəsin qorunması baxımından böyük irəliləyişlər müşahidə etdik. Livanla bağlı işlərin necə getməsindən çox məmnunam. Hələ görüləsi daha çox iş var, amma biz bunu etməyə davam edəcəyik".

Vens əlavə edib ki, İsveçrənin Burgenstok şəhərində keçirilən ABŞ-İran danışıqları bütün fikir ayrılıqlarını həll etməyəcək, lakin iştirakçılara hər iki tərəf üçün ən vacib olan məsələləri nizamlamaq imkanı verəcək:

"Bu gün bütün fikir ayrılıqlarını həll etməyəcək, lakin tarixdə ilk dəfə olaraq komanda şəklində bir araya gəlib tərəflər üçün ən vacib olanı müəyyən etməyə, bu problemləri həll etməyə və daha yaxşı bir gələcəyə doğru çalışmağa imkan verəcək".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək