Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Trampdan İrana -
Trampdan İrana -
Dünya

Trampdan İrana - Sərt mesaj

Xpress.az Redaksiyası 23.06.2026 08:06

“Razılaşmaya əməl etməsələr, lazım olanı edəcəyəm”.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə, Oval ofisdə keçirilən imzalama mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp İranla aparılan danışıqların müsbət istiqamətdə irəlilədiyini bildirsə də, Tehrana sərt xəbərdarlıq edib. O, İranın razılaşmanın şərtlərinə əməl etməyəcəyi təqdirdə Vaşinqtonun qəti addımlar atacağını bəyan edib: “Əgər İran razılaşmanın şərtlərini yerinə yetirməsə və ya düzgün davranmasa, lazım olanı edəcəyəm”.

ABŞ Prezidenti İranın son qarşıdurmalarda ciddi itkilər verdiyini deyərək, ölkənin hərbi imkanlarının böyük ölçüdə zəiflədiyini bildirib.

“Onların donanması yoxa çıxıb, hava qüvvələri sıradan çıxıb, liderləri öldürülüb, iqtisadiyyatları çöküb”, – deyə Tramp vurğulayıb.

O, həmçinin İranın raket arsenalı, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin də ağır zərbələr aldığını dilə gətirib.

Tramp Hörmüz boğazının açıq qalmasının ABŞ üçün əsas prioritetlərdən biri olduğunu qeyd edərək bildirib ki, Vaşinqton bölgədə vəziyyətə tam nəzarət edir: “İki mühüm nəticə əldə etmişik. Birincisi, Hörmüz boğazı açıqdır və açıq qalacaq. İkincisi, İran heç vaxt nüvə silahına sahib olmayacaq”.

Prezident əlavə edib ki, zərurət yaranarsa, İrana qarşı dəniz blokadası kimi sərt tədbirlər yenidən tətbiq oluna bilər. Onun sözlərinə görə, belə addımlar bəzən hava zərbələrindən daha effektiv nəticə verir.

İsrailin Livandakı hərbi mövcudluğu ilə bağlı suala cavab verən Tramp isə konkret mövqe bildirməkdən yayınaraq, administrasiyasının regional böhranları həll etmək gücünə malik olduğunu deyib: “Mən problem həll edənəm, problemləri çox tez həll edirəm”.

ABŞ Prezidenti eyni zamanda vitse-prezident Ceyms Devid Vensin İsveçrədə ABŞ-İran danışıqlarındakı fəaliyyətini yüksək qiymətləndirərək, onun “əla iş gördüyünü” bildirib və İsveçrədə keçirilən danışıqları uğurlu adlandırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək