Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Tarixi irsimizə qarşı VANDALİZM -
Tarixi irsimizə qarşı VANDALİZM -
Ana səhifə

Tarixi irsimizə qarşı VANDALİZM - FOTO + VİDEO

Xpress.az Redaksiyası 29.06.2026 09:02

Müasir Ermənistan tarixi Azərbaycan torpaqları üzərində imperialist qüvvələr tərəfindən süni şəkildə qurulmuş dövlətdir. Buna görə də Ermənistanda dövlət səviyyəsində xalqımıza aid tarixi abidələrə, milli-mədəni irsə qarşı böyük vandalizmlər, cinayətlər törədilir. İstər sovet Ermənistanı dövründə, istərsə də ondan sonrakı illərdə ən müxtəlif bəhanələrlə tarixi-memarlıq abidələri məhv edilib, onun xarici görünüşündə dəyişikliklər edilməklə tarixi saxtakarlıqlara əl atılıb. Təəssüf ki, indi də bu siyasət davam etdirilir. Ermənilər Qərbi Azərbaycan ərazisində xalqımıza aid izləri hər vasitə ilə silməyə çalışır, tarixi irsimizə qarşı vandalizm törədirlər.

Xpress.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Barana Rayon İcmasının sədri Osman Hacıyev bu barədə daha bir faktı sosial media hesabında paylaşıb. Bildirib ki, 1900-cü ildə Ləmbəli kəndində Qaracalar tərəfindən tikilmiş tarixi yaşayış binası Ermənistan rəhbərliyinin göstərişi ilə 1960-cı illərdə sökülüb: “Bu ev 1900-cü ildə Qərbi Azərbaycanın Barana rayonunun Ləmbəli kəndində Mürşüdlü tayfasının bir qolu olan Qaracalar tərəfindən tikilmişdir. Bu ev həmin illərdə Mürşüdlü tayfası tərəfindən tikilən bundan da böyük dörd binadan biridir. Bizim ailə bir müddət bu evdə yaşayıb. Mən bu evdə anadan olmuşam. Evin ikinci mərtəbəsini sovet hökuməti kənar kəndlərdən gəlib Ləmbəli məktəbində oxuyan şagirdlər üçün yataqxana etmişdi. Ermənilər 1960-cı illərdə plana düşməsi bəhanəsi ilə ailəmizi oradan köçürərək binanı sökdülər. İkinci şəkil sökülmə zamanı çəkilib”.

Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək