İranı bombalayan təyyarələr Britaniyadan çıxarıldı
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress strateji bombardmançı təyyarələri Böyük Britaniyanı tərk edib.
Məlıumatı The War Zone (TWZ) yayıb. Portalın mənbələrinə görə, İranla münaqişə zamanı Britaniyaya yerləşdirilən üç təyyarədən ibarət iki qrupda altı bombardmançı təyyarə 1 iyulda Fairford Hərbi Hava Qüvvələri Bazasından yola düşüb. Onlardan İrana zərbələr endirilmək üçün istifadə olunurdu.
The War Zone xəbər verir ki, B-52 Stratofortress təyyarələrinin Böyük Britaniyadan çıxarılması ABŞ-ın zəruri hallarda İrana qarşı hücumlarını bərpa etməsinə mane olmayacaq. İngiltərənin cənub-qərbindəki aviabazada on iki B-1 Lancer strateji bombardmançı təyyarəsi qalır və Vaşinqton həmçinin ABŞ-da yerləşən B-52, B-1 və B-2 bombardmançı təyyarələrindən istifadə edə biləcək.