Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Nokaut İmprovizə Teatrı fəaliyyətə başlayıb
Nokaut İmprovizə Teatrı fəaliyyətə başlayıb
Mədəniyyət

Nokaut İmprovizə Teatrı fəaliyyətə başlayıb

Xpress.az Redaksiyası 02.07.2026 12:59

Azərbaycanda Nokaut İmprovizə Teatrı adlı yeni teatr yaradılıb. Rafael Şahbəyli və Novruz Şahverdiyevin təsisçiliyi ilə yaradılan teatr 29 iyun tarixində ilk tamaşasını seyrçilərə təqdim edib.
Teatrın ilk tamaşası seyrçilər tərəfindən maraqla qarşılanıb. İnteraktiv formatda təqdim olunan tamaşa boyunca səhnədə baş verən hadisələr tamaşaçıların təklifləri və aktyorların ani yaradıcılığı əsasında formalaşıb. Əvvəlcədən yazılmış ssenarinin olmadığı bu janr hər nümayişi unikal və təkrarsız edir.
Tamaşada Novruz Şahverdiyev, Rafael Şahbəyli, Zəhra Əlisoy, Müşviq Məmmədzadə, İlahə Şahverənli və Qüdrət Fətullayev çıxış ediblər. Aktyorlar improvizə bacarıqları, komanda işi və tamaşaçı ilə qurduqları birbaşa ünsiyyət sayəsində dinamik və canlı səhnə atmosferi yaradıblar.
Nokaut İmprovizə Teatrı Azərbaycanda improvizə teatrı ənənəsinin inkişafına, bu janrın daha geniş auditoriyaya tanıdılmasına və tamaşaçılara müasir, interaktiv teatr təcrübəsinin təqdim olunmasına töhfə verməyi qarşısına məqsəd qoyub.
Teatr yaxın vaxtlarda yeni tamaşalar, yaradıcılıq layihələri və müxtəlif proqramlarla fəaliyyətini davam etdirməyi planlaşdırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək