Dünya
Krımın 9 şəhəri və 3 rayonu susuz qalıb
Xpress.az Redaksiyası
07.07.2026 12:48
Krımın doqquz şəhəri və üç rayonunun sakinləri susuz qalıb.
Bu barədə “RBC-Ukrayna” yarımadadakı "Voda Krıma" müəssisəsinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, su təchizatındakı fasilələri qəza-bərpa işləri ilə izah edilir.
Su təhcizatının kəsilməsi bir neçə gün ərzində Ukraynanın Krımdakı elektrik stansiyalarına endirdiyi zərbələrlə bağlı enerji verilişində yaranmış fasilələrlə bağlı olduğu ehtimal edilir.