Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ankaradan Kremlə sərt "Krım mesajı" verildi:
Ankaradan Kremlə sərt "Krım mesajı" verildi:
Dünya

Ankaradan Kremlə sərt "Krım mesajı" verildi: Türkiyə ilə Rusiya arasında "iqtisadi savaş" başlayır

Xpress.az Redaksiyası 18.07.2026 17:51

Ukrayna savaşının uzanması həm regional iqtisadiyyata, həm enerji marşrutlarına, həm də beynəlxalq ticarətə ciddi zərbələr vurur... Məhz ona görə də, Türkiyə sülh prosesinin yenidən aktiv fazaya keçməsində birbaşa maraqlıdır və bu istiqamətdə prinsipial addımlar atır...

Rusiya-Ukrayna müharibəsində silahlı münaqişə tərəflərinin savaş poliqonunda həlledici hərbi üstünlük qazanmaq imkanları ciddi şəkildə məhdudlaşmağa başlayıb. Belə vəziyyət isə istər-istəməz siyasi-diplomatik kanalların yenidən aktuallaşmasına səbəb olur. Və son vaxtlar Kiyevdən və Ankaradan verilən açıqlamalar da onu göstərir ki, Ukrayna savaşının dayandırılması istiqamətində yeni təşəbbüslərin gündəmə gətirilə biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyev Ukraynanın atəşkəsə hazır olduğunu artıq bəyan edir. Eyni zamanda, həm Rusiya, həm də Ukrayna ilə siyasi-dipıomatik kanalları daha işlək olan Türkiyə isə növbəti dəfə mümkün sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu nümayiş etdirir. Və bütün bunlar bir tərəfdən rəsmi Ankaranın beynəlxalq vasitəçilik missiyasını daha da gücləndirsə də, digər tərəfdən isə Türkiyənin Rusiya ilə münasibətlərdə müəyyən gərginlik faktorları da yaradır

Maraqlıdır ki, Ukrayna XİN-dən bəyan edilib ki, rəsmi Kiyev müharibənin dayandırılması üçün real və praktik təkliflər hazırlayıb. Rəsmi Kiyev Ukraynanın atəşkəsə hazır olduğunu və münaqişənin siyasi-diplomatik yollarla həllini dəstəklədiyini vurğulayıb. Ən önəmli məqamlardan biri isə odur ki, rəsmi Kiyev prezident Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin arasında birbaşa görüşün məhz Türkiyədə keçirilməsinin sülh prosesinə ciddi impuls verə biləcəyinə əmindir. Ehtimallara görə, belə bir görüşün əsas nəticələrindən biri isə məhz atəşkəs barədə razılığın əldə edilməsi ola bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək