Dünya
Moskvaya PUA hücumları: Çin vətəndaşları daxil 10 nəfər yaralanıb
Xpress.az Redaksiyası
20.07.2026 11:41
Moskva vilayəti ərazisində pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində 10 nəfər, o cümlədən bir uşaq xəsarət alıb.
Bu barədə vilayətin qubernatoru Andrey Vorobyov bildirib.
Qeyd edilib ki, xəsarət alan altı nəfər, o cümlədən üç Çin vətəndaşı xəstəxanaya yerləşdirilib.
"Çoxsaylı qəlpə yaraları olan bir pasiyent Moskvaya köçürülməyə hazırlanır", - o qeyd edib.