Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Yaradıcı gəncləri birləşdirən Creative Zone düşərg...
Yaradıcı gəncləri birləşdirən Creative Zone düşərgəsi başa çatıb
Mədəniyyət

Yaradıcı gəncləri birləşdirən Creative Zone düşərgəsi başa çatıb

Xpress.az Redaksiyası 21.07.2026 13:58

İyulun 12–16-da Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi, “CAVAN” Gənclər Hərəkatının təşkilatçılığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində keçirilən “Creative Zone” düşərgəsi gənclərə texnologiya və incəsənətin vəhdətini yaxından tanımaq imkanı yaradıb.

Beş gün davam edən proqram çərçivəsində iştirakçılar süni intellekt panellərində, innovativ mahnı yaradıcılığı, intellektual yarışlar, qəhvə sənəti və mini kətan üzrə vörkşoplarda iştirak edərək yeni biliklər qazanıb, yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, musiqili kvestlər, müxtəlif rəqs dərsləri və vokal müsabiqələri düşərgəyə rəng qatıb.

Layihə çərçivəsində dünya şöhrətli Azərbaycan xalq artisti Natiq Şirinov və Natiq ritm qrupu gənclərin sualları cavablandırıb və “Ritm varsa, həyat var” sloqanı altında panel görüşdə iştirak ediblər. Eyni zamanda Azərbaycan Respublikasının xalq artisti Sabir Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti və “Yuğ” teatrının yaradıcılıq şöbəsinin müdiri Elçin Cəfərov, televiziya rejissoru Elçin Məmmədov, eləcə də istedadlı aktyorlar Eltəkin Xan, Niyaz İlyasoğlu və aktrisa Nigar Mürsəl düşərgədə iştirak edərək gənclərlə öz təcrübələrini bölüşüblər.

Düşərgə çərçivəsində keçirilən texnologiya və kino mövzulu kvestlər, eidman turnirləri, tanınmış aktyorlarla görüşlər, kospley şousu və yumoristik
səhnə çıxışları iştirakçılara əyləncə, rəqabət və komanda ruhunu bir arada yaşamaq imkanı yaradıb.

Yeni dostluqlar, zəngin təcrübələr və unudulmaz xatirələrlə yadda qalan “Creative Zone” düşərgəsi ocaq ətrafında keçirilən musiqili gecə ilə başa
çatıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək