Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İsrail Türkiyə ilə müharibəyə başlayır?
İsrail Türkiyə ilə müharibəyə başlayır?
Dünya

İsrail Türkiyə ilə müharibəyə başlayır? ŞOK TƏHDİD

Xpress.az Redaksiyası 22.07.2026 22:50

İsrail rəsmisi Türkiyə ilə birbaşa hərbi qarşıdurma ehtimalı barədə sərt açıqlama verib.

Xpress.az xəbər verir ki, İsrailin diaspor məsələləri naziri Amixay Şikli Qüds Tətbiqi Siyasət Mərkəzinin (JCAP) qapalı konfransında çıxışı zamanı ölkəsinin Türkiyə ilə mümkün birbaşa qarşıdurmaya hazır olmalı olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyə ordusu ilə dənizdə birbaşa toqquşma ehtimalı istisna deyil.

"Türkiyə ordusu ilə dənizdə birbaşa qarşıdurma baş verə bilər. Bu, mümkünsüz ssenari deyil – hətta sabah səhər də baş verə bilər", – deyə Şikli İsrailin Channel 12 telekanalına istinadən bildirib.

Nazir xatırladıb ki, İsrail 2023-cü ildə Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra ölkəyə xilasedici qrup göndərərək yardım göstərmişdi. O, həmçinin iddia edib ki, təxminən yeddi il əvvəl İsrailin "İxilov" xəstəxanasının həkimləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı onkoloji xəstəliklə bağlı müalicə ediblər.

"Bu, son dərəcə məyusedicidir, amma qarşılaşdığımız reallıq budur", – deyə Şikli vurğulayıb.

İsrailli nazir eyni zamanda Qüdsdəki Türkiyə konsulluğunun dərhal bağlanmasının və İsrail ərazisində Türkiyənin bütün fəaliyyətinin dayandırılmasının tərəfdarı olduğunu bildirib.

JCAP isə iddia edir ki, Türkiyənin Qüdsdəki konsulluğu Ankaranın bölgədəki əsas təsir alətlərindən biridir. Mərkəzin iddiasına görə, konsulluq Fələstin Administrasiyası ilə əməkdaşlıq edir, islam yönümlü qruplar və yerli təşkilatlara dəstək verir, həmçinin şəhərdə təsir şəbəkəsinin formalaşdırılmasında iştirak edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək