Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İtaliyada jurnalist amansızcasına qətlə yetirilərə...
İtaliyada jurnalist amansızcasına qətlə yetirilərək
Dünya

İtaliyada jurnalist amansızcasına qətlə yetirilərək cəsədi yandırıldı

Xpress.az Redaksiyası 22.07.2026 22:53

İtaliyada idman jurnalisti Luka Espozito amansızlıqla qətlə yetirilib.

Xpress.az xəbər verir ki, bu barədə "Rai News" telekanalı məlumat yayıb.

Jurnalistin meyiti Salerno əyalətinin Eboli bələdiyyəsində yerləşən kənd təsərrüfatı sahəsində aşkarlanıb. Məlumata görə, o, əvvəlcə döyülərək qətlə yetirilib, daha sonra isə cəsədi yandırılıb. Şəxsiyyəti isə yaxınlıqda saxlanılan, Espozitonun adına qeydiyyatda olan avtomobil sayəsində müəyyən edilib.

Hazırda polis faktla bağlı araşdırma aparır. Cinayətin motivi və şübhəli şəxslərin kimliyi hələlik məlum deyil.

Qeyd edək ki, 53 yaşlı Luka Espozito futbol xəbərlərini işıqlandırırdı və "TuttoSalernitana.com" idman saytının redaktoru idi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək