Dünya
Rus səfir XİN-ə çağırıldı: Diplomat ölkədən qovulur...
Xpress.az Redaksiyası
27.07.2026 20:12
Rumıniya rusiyalı diplomatlardan birini ölkədən çıxarır.
Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son günlər Rusiyaya məxsus PUA-ların Rumıniya hava məkanına daxil olması səbəbindən Rusiya səfirliyinin bir əməkdaşı "persona non grata" elan edilib.
Məsələ ilə bağlı Rusiyanın Buxarestdəki səfiri nazirliyə çağırılıb. Adı və vəzifəsi açıqlanmayan rusiyalı diplomatın beş gün ərzində Rumıniyanı tərk etməsi tələb edilib.