Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Doktoranturaya təqdim edilən 11 dil sertifikatı
Doktoranturaya təqdim edilən 11 dil sertifikatı
Təhsil

Doktoranturaya təqdim edilən 11 dil sertifikatı SAXTA çıxıb

Xpress.az Redaksiyası 29.07.2026 10:20

Doktoranturaya qəbul zamanı təqdim olunan beynəlxalq xarici dil sertifikatlarının həqiqiliyi yoxlanılır.

Bunu DİM-in aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, doktoranturaya qəbul üzrə DİM-ə təqdim edilən TOEFL, IELTS və digər beynəlxalq dil sertifikatlarının ekvivalentliyi və etibarlılığı yoxlanılır.
 V. Misirovun sözlərinə görə, məsələ ilə bağlı bəzən narazılıqlar olur. Bəziləri bildirirlər ki, sertifikat beynəlxalq olduğuna görə onun yoxlanılmasına ehtiyac yoxdur. DİM rəsmisi vurğulayır ki, hətta bəzi hallarda bu imtahanlar ev şəraitində verilir və həmin sertifikatların həqiqiliyinə əmin olmaq üçün onlar yoxlanmalıdır.


O qeyd edir ki, sertifikatları təqdim edən beynəlxalq təşkilatlar da bəzi sənədlərin saxta olduğunu təsdiqləyiblər.

Bildirilib ki, 162 beynəlxalq dil sertifikatı təsdiqlənib, 11 sənədin isə saxta olduğu müəyyən edilib.

Qeyd edək ki, sərgi Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək və 3 gün davam edəcək. Əsas məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək