Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil İxtisas seçimində bu səhvə yol verməyin! -
İxtisas seçimində bu səhvə yol verməyin! -
Təhsil

İxtisas seçimində bu səhvə yol verməyin! - TƏHSİL EKSPERTİ AÇIQLADI

Xpress.az Redaksiyası 29.07.2026 18:32

"Keçid balları əvvəlcədən müəyyən edilmir, ixtisas seçiminin nəticələrinə əsasən formalaşır. Eyni bal toplayan abituriyentlərin fərqli seçim etməsi belə keçid ballarında ciddi dəyişikliklərə səbəb ola bilər"

Bunu Xpress.az-a bildirən  təhsil eksperti Əmrah Həsənlinin sözlərinə görə bu il də bəzi populyar ixtisaslarda rəqabətin yüksək olacağı gözlənilir:

"Xüsusilə tibb, hüquq, informasiya texnologiyaları, kompüter elmləri və beynəlxalq münasibətlər istiqamətlərində keçid ballarının yüksək səviyyədə qalacağı ehtimal olunur.

Bununla yanaşı, əmək bazarında perspektivli hesab edilən, lakin abituriyentlər tərəfindən nisbətən az seçilən bəzi mühəndislik, kənd təsərrüfatı və texniki ixtisaslarda keçid ballarında ciddi artım gözlənilmir".

Ekspert qeyd edib ki, abituriyentləri ən çox narahat edən məsələlərdən biri keçid ballarını əvvəlcədən proqnozlaşdırmağa çalışmaqdır:

"Əsas diqqət düzgün ixtisas seçiminə yönəldilməlidir. Çünki ən böyük səhvlərdən biri seçim zamanı yalnız keçid balını əsas meyar kimi götürməkdir.

ixtisas seçimi yalnız toplanmış bala deyil, həm də abituriyentin maraq və bacarıqlarına, eləcə də gələcək əmək bazarının tələblərinə uyğun aparılmalıdır.

Keçid ballarına təsir edən əsas amillər plan yerlərinin sayı, ixtisasa olan maraq, abituriyentlərin seçim ardıcıllığı və ümumi imtahan nəticələridir. Bu səbəbdən eyni ixtisas üzrə keçid balı bir il arta, növbəti il isə azala bilər. Bu dəyişiklik ixtisasın keyfiyyəti ilə deyil, həmin ixtisasa olan rəqabətin səviyyəsi ilə bağlıdır".

Aysel İbrahimli

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək