Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Məleykə Abbaszadə: 23 ali təhsil müəssisəsində pla...
Məleykə Abbaszadə: 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 faizdən çoxu dolub
Təhsil

Məleykə Abbaszadə: 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 faizdən çoxu dolub

Xpress.az Redaksiyası 30.07.2026 11:39

Magistraturaya qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi təhlilləri sizinlə bölüşmək istəyirəm.

Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78.41%-i) dolub.

Ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 faizdən çoxu dolub. Onlardan 7-də qəbul göstəricisi 90 faizdən yuxarıdır.

Qəbul proqramları üzrə də oxşar mənzərə müşahidə olunur. 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub.

Qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boş qalan yerlərlə bağlı ayrıca məlumat paylaşacağıq. Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək.

Əvvəlki illərin nəticələri və təhlilləri ilə daha yaxından tanış olmaq istəyənlər "Abituriyent" jurnalının 12-ci nömrəsinin 350–387-ci səhifələrinə baxa bilərlər.

Nəticələr və təhlillərlə bağlı fikirlərini bölüşmək istəyən ekspertləri də əməkdaşlığa dəvət edirəm. Təklif və rəylərinizi info@dim.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək