Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Dünya bir nərdivandır...
Dünya bir nərdivandır...
Mədəniyyət

Dünya bir nərdivandır...

Xpress.az Redaksiyası 01.08.2026 10:04

Onun dərdləri su daşından süzülən billur kimi saf idi...
Niskil, həsrət, tənhalıq bu böyük şəxsiyyətin ruhunun təntənəsinə, taleyinin yol yoldaşına çevrildi.
Nəriman Həsənzadə – dərdi poeziyaya, ömrü mənəviyyata çevirən söz ustadı...

"Dünya bir nərdivandır..." Bu fikir təkcə bir misra, yaxud poetik ifadə deyildi. Bu, böyük söz ustadı Nəriman Həsənzadənin həyata baxışının, ömür fəlsəfəsinin, insan taleyinə münasibətinin poetik düsturu idi. Həyatın pillələri ilə ağır-ağır qalxan, hər pilləsində bir ağrı, bir sevinc, bir itki, bir ümid yaşayan şair üçün dünya həqiqətən də nərdivan idi. Bu nərdivanın hər pilləsində insan öz vicdanı, əməlləri, sevgisi və sözü ilə ucalırdı.

Azərbaycan ədəbiyyatı bu gün böyük bir söz adamını itirdi. Nəriman Həsənzadə təkcə böyük şair deyildi. O, dramaturq, publisist, pedaqoq və ictimai xadim kimi milli-mənəvi dəyərlərin qorunmasına ömrünü həsr etmiş nadir ziyalılardan biri idi. Onun yaradıcılığı poeziya ilə həyatın, sənətlə həqiqətin vəhdəti idi. Yazdığı hər misrada yaşadığı ömür görünürdü, çəkdiyi ağrılar duyulurdu, sevdiyi Vətən nəfəs alırdı.

Nəriman Həsənzadənin ruhunda niskil və həsrət daim öz sözünü deyirdi. Onun dərdləri su daşından süzülən şəffaf dağ suyuna bənzəyirdi. Saf idi, təmiz idi, səmimi idi. O dərdlər insanı ümidsizliyə yox, düşünməyə aparırdı. Çünki şair ağrını heç vaxt nifrətə çevirmədi. O, ağrını poeziyaya çevirdi.

...

Bu gün onun cismani yoxluğu Azərbaycan ədəbiyyatı üçün böyük itkidir. Ancaq söz adamları ömürlərini başa vursalar da, sözləri yaşayır. Nəriman Həsənzadənin şeirləri, poemaları, dramaturji əsərləri, publisistikası və zəngin mənəvi irsi bundan sonra da yeni nəsillərin yoluna işıq salacaq.

Nəriman Həsənzadənin ömür yolu sübut etdi ki, insanın həqiqi böyüklüyü qazandığı titullarda deyil, insanların qəlbində qoyduğu izdədir. O iz sözün nuru, mənəviyyatın ucalığı və Vətən sevgisinin işığı ilə yazıldı.

Böyük şairin həyatına nəzər salanda anlayırsan ki, taleyin gətirdiyi ağır sınaqlar onu sındırmadı, əksinə, daha da kamilləşdirdi. Ata həsrəti, ana tənhalığı, ömür-gün yoldaşının itkisi onun ruhunda dərin izlər qoysa da, həmin ağrılar poeziyada ümidə, sevgiyə və mənəvi ucalığa çevrildi.

Bəlkə də buna görə onun misraları bu qədər səmimidir. Çünki onlar yaşanmamış hisslərin deyil, ömürdən keçmiş duyğuların ifadəsidir.

Nəriman Həsənzadənin sənəti Azərbaycan ədəbiyyatının qızıl səhifələrində əbədi yaşayacaq. Çünki o, sözə vicdan kimi yanaşdı, poeziyanı insan ruhunun aynasına çevirdi və ömrünün bütün pillələrini ləyaqətlə adladı.

Dünya həqiqətən də bir nərdivandır. Bu nərdivanda kimisi şöhrət üçün, kimisi sərvət üçün, kimisi isə mənəviyyat üçün yüksəlir. Nəriman Həsənzadə isə sözün işığında ucalan, ömrünü xalqına və ədəbiyyatına həsr edən sənətkar kimi həmin zirvədə özünəməxsus yerini çoxdan tutmuşdu. Bu gün o, cismani ömrünü başa vursa da, mənəvi ömrü davam edir. Onun adı Azərbaycan poeziyasının əbədiyaşar simaları sırasında yaşayacaq.

PS.

"Dünya bir nərdivandır. Qalxanda mehribandır, enəndə nə yamandır..."

Bu misralar bu gün daha fərqli səslənir. Sanki böyük şair öz ömür fəlsəfəsini illər öncə özü yazmışdı.

Sənətkarın özəlliyi də bundadır. Əsl sənətkar cismani ömrünü başa vurduqdan sonra da əbədiyyət üfüqlərində doğan Günəş kimi işıq saçır.

Ruhunuz şad olsun, əziz Nəriman müəllim!

Nə yaxşı ki, Poylu beşiyindən boy atan bir ömür Azərbaycan söz sənətinin ölməz imzasına çevrildi.

Azərbaycan Sizi heç vaxt unutmayacaq. Xatirəniz və zəngin irsiniz xalqımızın yaddaşında daim yaşayacaq.

Ustada sonsuz ehtiram və rəhmətlə.

Hürü Hacızadə
Yazıçı-publisist,
"Qızıl qələm" mükafatçısı

Fərid Faiqoğlu Səfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək