Mədəniyyət
Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq
Xpress.az Redaksiyası
01.08.2026 11:30
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə Xpress.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vida mərasiminin vaxtı barədə əlavə məlumat təqdim olunacaq.
Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, 95 yaşlı Nəriman Həsənzadə bu gün vəfat edib.