Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Qarabağ Universiteti bu il əcnəbi tələbə qəbul edə...
Qarabağ Universiteti bu il əcnəbi tələbə qəbul edəcək?
Təhsil

Qarabağ Universiteti bu il əcnəbi tələbə qəbul edəcək?

Xpress.az Redaksiyası 01.08.2026 17:56

Qarabağ Universitetində hazırda əcnəbi tələbə təhsil almır.

Bu barədə Qarabağ Universitetindən məlumat verilib.

Məlumata görə, universitet fəaliyyət göstərdiyi ilk iki tədris ilində əcnəbi tələbə qəbulu həyata keçirməyib. Bu səbəbdən də hazırda ali təhsil müəssisəsində əcnəbi tələbələr təhsil almır.

"2026/2027-ci tədris ili üçün Qarabağ Universitetinə əcnəbi tələbə qəbuluna dair elan verilməyib.

Ortamüddətli perspektivdə Qarabağ Universitetinə əcnəbi tələbələrin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı müvafiq qərar qəbul edildikdə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək