Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, on...
Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...”-
Mədəniyyət

Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...”- FOTO

Xpress.az Redaksiyası 03.08.2026 17:28

“Mən ziyalı ailədə dünyaya göz açmışam. Atam həkim, professor, anam isə müəllim olub. Atam yetkin yaşlarıma qədər məni sərt mühitdə böyüdüb. Eyni zamanda da atamdan heç kimdən görmədiyim qədər böyük dəstək və sevgi görmüşəm. Mənim hərtərəfli inkişafımda atamın birbaşa rolu var. Həmişə mənə deyərdi ki, bir sahə ilə kifayətlənmə, bir neçə sahə ilə birlikdə maraqlan. Əslində bu sahəyə gəlişim bir təsadüf nəticəsində başladı. Bəzən deyirlər ki, həyatda təsadüf olmur, hər şey zərurətdən doğur. Elə oldu ki, makiyajla tanındım. Bu makiyaj Türkan Şoraya bənzədildi. Əlbəttə ki, doğuşdan təbii olaraq bənzərlik də var idi. Uşaq yaşlarımdan da hər zaman bənzədilirdim. Elə oldu ki, bu bənzərliyə görə gözəl təkliflər və layihələr gəldi. Mən heç nəyi planlaşdırmamışdım. Bu şans işidir. Hər şey öz-özünə belə alındı. Düşünürəm ki, bu həyatın verdiyi bir şansdır. Dəyərləndirmək qərarını da özüm verdim. Keçən mövsüm mənim üçün çox yaddaqalan oldu. Uğurlu layihələr ərsəyə gətirdik və bir çox dəvətlər aldım. Bu işlər və təkliflər məni daha da həvəsləndirir və ruhlandırır. İstərdim ki, bu cəmiyyətə, bu sahəyə mənim də qatqım olsun. Faydalı işlər görərəmsə nə xoş mənə. Yeni mövsümdən də mənə gələn təklifləri dəyərləndirəcəm”.

Bunu Moderator.az-a açıqlamasında aktrisa Şəfəq Abdullayeva deyib. O daha sonra əlavə edib:
 
“Hər kəs individualdır və Türkan Şoraydan da dünyada təkdir. Ona heç kim tam olaraq bənzəyə bilməz. Hər insan ayrı-ayrı fərddir. Mən əslində özüm kimiyəm. Təbiiliyin tərəfdarıyam. Təbiiliyə Allah tərəfindən verilən bir əsər kimi baxıram. Bütün xanımlar öz təbiiliyini qorusa daha gözəl görünərlər. Türkan Şoraya bənzəməyin özü də bir fəxrdir. Amma bizim niyyətimiz o deyil. Əgər bu gözəllik mənə ilahidən verilibsə, bunun üstündən necə xətt çəkə bilərəm? Bunu necə yox saya bilərəm?! Türkan Şoraya bənzəyən xanımlar var. Amma görünür ki, mən başqalarından daha çox bənzəyirəm. Bu da ilahidən verilir. Ona bənzəməyə can atanlar da çoxdur. Estetik və plastik əməliyyat etdirib Türkan Şoraya bənzəmək istəyənlər, bu sahəyə gələnlər də var. Bu şans mənim ayağıma qədər gəlib. Mənim nə həddimədir ki, bunu geri çevirim? Amma onu da deyim ki, bəzi xanımlar mənim ona bənzəməyimi belə qısqanır. Ötən il ərzində böyük sənətkarlar-aktyor, aktrisalar, müğənnilər, modelyerlər məni dəyərləndirdilər, film, seriallara və efirlərə dəvətlər gəldi. Ünvanıma xoş sözləri elə dəyərli şəxsiyyətlərdən eşitdim ki.. Daha sonra başa düşdüm ki, zər qədrini zərgər bilər və mən bu sahədə addımlamalıyam. Türkan xanım təkcə öz gözəlliyi ilə deyil, xarakteri, sadəliyi, insanlığı, mənəviyyat zənginliyi ilə, xeyirxahlığı və insanlarla xoş rəftarı ilə “Sultan” ləqəbini qazanıb. Bir xanımı “Sultan” edən onun təkəbbürü, yekəxanalığı deyil, məhz sadaladığım xüsusiyyətləridir. Ona görə də “Türk kinosunun Sultanı” adlandırılır. Xarici və daxili aləminin bu cür vəhdət təşkil etməsi ilə seçilir. Mənim 3 təhsilim var. Bir neçə sahədə çalışmışam, dövlət işində də, özəl sektorda da təcrübəm olub. Mən bu sahəni ruhuma yaxın hiss etdiyim üçün seçdim. Müqayisə etdim ki, hansı sahədə özümü rahat və xoşbəxt hiss edirəm?! Bu sahədə də özümü tapdım. Bir çox iş təklifləri də var. Mədəniyyət sahəsində özümü görürəm və incəsənət aləmi mənə maraqlı gəlir. Rəngarəngliyi, gözəlliyi sevirəm, monoton işlər mənlik deyil. Kim bilir, bəlkə də gələcəkdə elə təklif olacaq ki, iki sahədə də fəaliyyət göstərəcəm? Bəlkə də mən bunu da bacararam. Bunu artıq zaman göstərər. İnsan istəsə öhdəsindən gələr” deyə o bildirib.

Aktrisa bildirib ki, ən böyük istəyi Türkan Şorayla görüşməkdir:
 
“Mən xaraktercə çox götür-qoy edirəm, hər şeyi incə detallarına qədər düşünürəm və sonda qərar verirəm. Ona görə də həyatda heç nəyə tələsmirəm. Tələsik işin keyfiyyəti də olmur. Daha çox keyfiyyətli nəticə göstərmək üçün çox düşünüb, ölçüb-biçib və sonra addımlayıram. Hər şeyin öz zamanı, vaxtı var. Türkan Şorayla görüşmək əlbəttə ki, ən böyük arzularımdan biridir. O gün mənim həyatımda ən yaddaqalan tarix olacaq. Mənə elə gəlir ki, onu sevməyən yoxdur. Hər bir kəsin arzusu olar ki, belə əlçatmaz sənətkarla tanış olsun, görüşsün, ünsiyyət qursun. Bu mənim üçün unudulmaz və yaddaqalan görüş olar. Ona sevdiyimi deyərəm və əlavə edərəm ki, siz gözəlliyinizlə, gözəl rollarınızla bizim qəlbimizi fəth etmiş sultansız. İnanıram ki, görüşümüz yaxın gələcəkdə baş tutacaq. Əsas odur ki, onun mənim varlığımdan xəbəri var” deyə Şəfəq Abdullayeva bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video

03.08.2026 20:59 Cəmiyyət

Araz Ağalarovun 27 yaşlı xanımı və övladları - Foto

03.08.2026 20:41 Gündəm

Bakıda 100-dən çox küçə və prospektdə təmir işləri aparılır

03.08.2026 20:00 Cəmiyyət

Tramp: İran nüvəsizləşdirilib

03.08.2026 17:58 Dünya

İlin son Günəş tutulması bu tarixdə olacaq

03.08.2026 17:48 Hadisə

“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə

03.08.2026 17:31 Gündəm

Bakı Qızlar Universitetinin tələbələri hansı müəssisələrə köçürüləcək?

03.08.2026 17:17 Təhsil

Yevlaxda "Jiquli" pivəsinin dövriyyəsi dayandırıldı

03.08.2026 17:03 Cəmiyyət

Bakıda iki marşrut üzrə avtobuslar yenilənir

03.08.2026 16:56 Cəmiyyət

Xırdalanda ər və arvad arasında bıçaqlanma:

03.08.2026 16:11 Hadisə

Zelenski: Ukrayna müharibəni başa çatdırmaq istəyir

03.08.2026 15:53 Dünya

SOCAR "Itochu"ya məxsus iştirak payını alıb

03.08.2026 15:25 İqtisadiyyat

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi -

03.08.2026 15:00 Siyasət

Hövsanda su kəsiləcək

03.08.2026 14:45 Cəmiyyət

Baş Prokurorluq əməliyyat keçirdi -

03.08.2026 14:18 Hadisə

Türkiyədə 2500 illik heykəl aşkarlanıb

03.08.2026 13:59 Mədəniyyət

Bakıda torpaq sürüşməsi olan ərazidə SON VƏZİYYƏT -

03.08.2026 13:44 Hadisə

Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi

03.08.2026 13:32 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək