İdman
Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
Xpress.az Redaksiyası
08.09.2026 12:55
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşüb.
Xpress.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Görüş zamanı minifutbolun inkişafı, qarşıdakı layihələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Orxan Məmmədov bildirib ki, minifutbolun beynəlxalq arenada mövqeyinin daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq davam etdiriləcək.