Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Maykl Kerrik "Sabah"ın özünəməxsus oyun üslubundan...
Maykl Kerrik "Sabah"ın özünəməxsus oyun üslubundan danışdı
İdman

Maykl Kerrik "Sabah"ın özünəməxsus oyun üslubundan danışdı

Xpress.az Redaksiyası 09.09.2026 17:35

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Xpress.az oxu.az-a istinadla xəbər verir ki, 45 yaşlı mütəxəssis oyundan öncə mətbuat konfransında İngiltərə klubunun turnirdə mübarizəyə başlamasından məmnun olduğunu bildirib.

"Yenidən Çempionlar Liqasında olmaq xoşdur. Burada iştirakımızın müddətini mümkün qədər uzatmağa çalışacağıq. Qarşıda böyük çağırışlar var. Biz Çempionlar Liqasındakı oyunları səbirsizliklə gözləyirik", - deyə Kerrik bildirib.

İngiltərəli çalışdırıcı "Sabah" barədə də danışıb. O, Azərbaycan təmsilçisinin hazırlıqlı və özünəməxsus oyun üslubuna malik olduğunu vurğulayıb:

"Bunu aydın şəkildə görmək mümkündür. Bir çox matçda qalib gəliblər və inamlı çıxış edirlər. Komanda olaraq yaxşı təzyiq göstərir, meydanda öz oyunlarını sərgiləməyə çalışırlar. Xeyli üstün cəhətləri var. Topla meydanın müxtəlif zonalarında irəliləyə və yaxşı hücumlar qura bilirlər. Buna görə də hansı rəqiblə qarşılaşacağımızın və bizi gözləyən çətinliklərin tam fərqindəyik. "Sabah"ın çox yaxşı baş məşqçisi var".

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı sentyabrın 10-da "Old Trafford" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək