Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Olimpiada qalibi olmaq istəyən şagirdlərin diqqəti...
Olimpiada qalibi olmaq istəyən şagirdlərin diqqətinə! Qeydiyyat başlayır
Təhsil

Olimpiada qalibi olmaq istəyən şagirdlərin diqqətinə! Qeydiyyat başlayır

Xpress.az Redaksiyası 03.11.2025 20:15

Noyabrın 4-də saat 10:00-dan etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılacaq.

Bu barədə Təhsil İnstitundan məlumat verilib.

Bildiriliib ki, qeydiyyat prosesi 18 noyabr saat 12:00-dək davam edəcək.

Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar 051 206 78 48 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.

Şagirdlər qeydiyyatdan keçdikdən sonra əvvəlcə noyabr ayında məktəb turunda iştirak edəcəklər. Məktəb turunun keçirilmə tarixini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənməlidirlər. Məktəb turunda uğurlu nəticə göstərən şagirdlər Regional Təhsil İdarələrinin nəzdində yaradılmış Təşkilat Komitəsinin qərarı ilə, 2026-cı ilin yanvar ayında keçiriləcək rayon (şəhər) mərhələsində iştirak hüququ qazanacaqlar.

VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək