Dünya
Pakistan Əfqanıstana artilleriya zərbələri endirdi
Xpress.az Redaksiyası
06.11.2025 18:45
Pakistan ordusu Əfqanıstan ərazisinə artilleriya zərbələri endirib.
Məlumata görə, hadisə iki ölkə nümayəndələrinin Türkiyədə sülh danışıqları apardığı vaxt baş verib. Bildirilib ki, Pakistan həm yüngül, həm də ağır silahlardan istifadə edərək mülki əraziləri atəşə tutub.
Nəşr yazır ki, artilleriya atəşi təxminən 10-15 dəqiqə davam edib. Əfqan tərəfi cavab zərbəsi endirməkdən imtina edib və bunu İstanbulda davam edən sülh dialoquna hörmətlə əsaslandırıb.
Qeyd edək ki, son günlər iki ölkə arasında sərhəd toqquşmaları və qarşılıqlı bombardmanlar intensivləşib.