Dünya
Papa Leo XIV Türkiyəyə səfər edəcək
Xpress.az Redaksiyası
06.11.2025 19:53
Xpress.az xəbər verir ki, Vatikan Papa Leo XIV-ün Türkiyəyə rəsmi səfərinin tarixlərini açıqlayıb. Səfər 27–30 noyabr 2025-ci il tarixlərində baş tutacaq.
Ziyarət zamanı Papa Ankarada və İstanbulda bir sıra dini və diplomatik görüşlər keçirəcək. Vatikanın məlumatına görə, bu səfərdən sonra Papa Leo XIV Livana yollanacaq.
Səfərin əsas məqsədi xristian-müsəlman dialoqunun gücləndirilməsi və regional sülh təşəbbüslərinə dəstək verməkdir.