Pekin sanksiyalara qarşı etiraz edib
Xpress.az xarici mənbələrə istinadən vəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Yicai portalına istinadən bildirib ki, Pekin Çin şirkətlərinin AB-nin Rusiyaya qarşı 19-cu sanksiyalar raunduna daxil edilməsinə etiraz edib.
Diplomat bildirib ki, "Biz dəfələrlə vurğulamışıq ki, Çin Ukrayna böhranının iştirakçısı deyil.
Qo Ciakun əlavə edib ki, Çin həmişə vasitəçilik etməyə və Ukrayna ilə bağlı danışıqları asanlaşdırmağa hazrdı. Pekin həmçinin münaqişənin heç bir tərəfinə silah verməyib və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir."
Rusiya isə Avropa sanksiyalarını qanunsuz hesab edir. Kreml dəfələrlə bildirib ki, Moskva ilə "ultimatumlar dilində" danışmaq olmaz.