Qrenlandiyada nadir torpaq elementi aşkarlanıb
Kanadanın “Amaroq Ltd.” şirkəti Cənubi Qrenlandiyada yerləşən Nunarsuit lisenziya sahəsində nadir torpaq elementlərinin (REE) mövcudluğunu müəyyən edib.
Xpress.az xəbər verir ki, Şirkətin 4 noyabr 2025-ci il tarixli məlumatında bildirilir ki, “Ilua Pegmatite Zone” adlı ərazidən götürülən səth nümunələrində ümumi nadir torpaq oksidi (TREO) göstəricisi 2,31% təşkil edib.
Açıqlamaya görə, nümunələrdə yüngül REE-lərin payı təxminən 73%, ağır REE-lərin payı isə 27% olub. Ümumi TREO-nun 21%-i əsas maqnetik metallar – neodim (Nd), prazeodim (Pr), disprosium (Dy) və terbiuma (Tb) aiddir.
Şirkət qeyd edib ki, bu mərhələdə söhbət hələ “tam təsdiqlənmiş yataqdan” deyil, ilkin yüksək səviyyəli mineralizasiya aşkarlanmasından gedir.