Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Ramiz Mehdiyevin vəkili
Ramiz Mehdiyevin vəkili
Cəmiyyət

Ramiz Mehdiyevin vəkili KİM OLACAQ?

Xpress.az Redaksiyası 16.10.2025 19:35

Ramiz Mehdiyevin məhkəmə işi ilə bağlı mənə müraciət olunsa, bu barədə fikirləşərəm".

Bunu “Yeni Sabah”a vəkil Nemət Kərimli deyib.

Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri haqqında cinayət işinin açılmasından sonra onun müdafiəsini kimin öz boynuna götürə biləcəyi məsələsi müzakirə olunur. Bununla bağlı hüquq müdafiəçiləri və vəkillər arasında hələlik aydın fikir yoxdur.

Vəkil Nemət Kərimlinin sözlərinə görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda birmənalı şəkildə göstərilib ki, vəkillə onun müdafiə etdiyi fərdin şəxsiyyəti arasında eyniləşdirmə aparmaq qadağandır:

"Vəkil müvəkkilinin şəxsiyyətini müdafiə etmir, o sadəcə prosedurları həyata keçirir. Ramiz Mehdiyevin məhkəmə işi ilə bağlı mənə müraciət olunsa, bu barədə fikirləşərəm. Dünənə kimi hamıya məlum idi ki, Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı bir nömrəli canişinidir. Ancaq bundan əlavə, o, minlərlə qanunsuz hərəkət edib. Söhbət onun nə etməyindən yox, prossesual hüquqlarının müdafiəsindən gedir.

İttiham çərçivəsində özünü nə qədər təqsirli biləcəksə, vəkil də həmin çərçivə istiqamətində onu müdafiə edəcək. Qonarar məsələsi isə tərəflərin razılaşmasından asılıdır”.

N. Kərimli qeyd edib ki, Ramiz Mehdiyev bu məsələ ilə bağlı yəqin ki ona müraciət etməyəcək:

“Özü işin mahiyyətini bilir, ona görə də fikirləşməyə ehtiyac yoxdur”.

Hüquqşünas Tağı Hüseynov isə “Yeni Sabah”a bildirib ki, belə bir təklif gələrsə, razılaşmayacaq:

“Bir hüquqşünas və insan olaraq, müraciətini qəbul etmərəm. Çünki vətənə xəyanətdə ittiham olunan bir şəxsdir. Bu fikir mənim şəxsi əqidəmlə bağlıdır. Müəyyən inanclarım var. Ona görə də hər hansısa şəxs vətənə xəyanətlə ittiham olunursa və bununla bağlı xeyli sübutlar da var, mən elə insanın işini öhdəmə almaram. Pulundan asılı olmayaraq, məsələyə münasibətim belədir. Bəlkə də fantastik bir rəqəm təklif edilsə, oturub fikirləşərəm, ancaq ümumən belə adamları yaxına buraxmıram”.

Vəkil Osman Kazımov qeyd edib ki, Ramiz Mehdiyev də Azərbaycan Respublikasının vətəndaşıdır və onun bu müraciəti ilə bağlı hüquqi yardım göstərilə bilər:

“Bütün Azərbaycan vətəndaşlarına Vəkillər Kollegiyasının vəkilləri hüquqi yardım göstərir. Bu da şəxsin müraciətindən asılı olan bir məsələdir. Müraciət olunarsa, müzakirə oluna bilər. Heç bir problem yoxdur. Hər bir vəkil ona müraciət edən hər bir şəxsin işində iştirak edə bilər”.

Digər vəkil Aslan İsmayılov isə sözügedən sualı cavablamaqdan boyun qaçırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək