Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Rasim Balayevdən sərt tənqid:
Rasim Balayevdən sərt tənqid:
Mədəniyyət

Rasim Balayevdən sərt tənqid: Bu gün çəkilənlər film deyil!

Xpress.az Redaksiyası 30.10.2025 16:22

Bu gün bir çox film tənqidçiləri Azərbaycanda keyfiyyətli filmlərin azlığını maddi vəsaitin çatışmazlığı ilə əlaqələndirirlər. Digərləri isə hesab edir ki, əsas səbəb ssenari yazan peşəkarların azlığıdır. Nəticədə mütəxəssislərin fikrincə, Azərbaycan kinematoqrafiyası 30–50 il əvvəlki səviyyədə filmlər istehsal etmir. Mövzu ilə bağlı Xalq artisti Rasim Balayev Xpress.az-a müsahibə verib.

– Rasim müəllim, bəzi film qrupları bu gün keyfiyyətli filmlərin çəkilməməsini maddi durumun zəifliyi ilə izah edir. Siz bu fikirlə razısınızmı?


– Xeyr, razı deyiləm. Biz sovet dövründə də az-çox maddi çətinliklər görmüşük, amma o zaman sistem işləyirdi. Biz o sistemin qaydalarına öyrəşmişdik. Sonra hər şeyi dağıtdılar, indi isə kim nə istəyir, elə də edir. Mən hələ də anlamıram, bu gün filmin “yiyəsi” kimdir – prodüser, rejissor, yoxsa başqa biri? Hər şey bir-birinə qarışıb. Kiminsə pulu varsa, qrup yığır, film çəkir. Halbuki o vaxt Azərbaycan Kino Birliyi vardı, rejissorlar növbəyə dayanırdı, pul bərabər bölünürdü, hər kəs gedib öz filmini çəkirdi. İndi sistem tam pozulub. Naşı adamlar bu sahəyə gəlib, vəzifə tutublar. Belə olanda nə özləri iş görə bilir, nə də başqasına imkan yaradırlar.


– Ümumiyyətlə, film və seriallar həm də mədəniyyəti, adət-ənənələri təbliğ edir. Bugünkü filmlərin və serialların məzmunundan razısınızmı?
– Açığı, razı deyiləm. İndi demək olar ki, bədii filmlər çəkilmir, daha çox seriallara üstünlük verilir. Amma baxırsan, 300–400 seriyalı serialdır, nə demək istədiyini başa düşmək olmur. Nə bir məna var, nə də tamaşaçıya verilən mesaj. Əvvəllər bir saat yarımlıq film bütün ideyanı çatdırırdı. İndi isə bu yoxdur. Normal filmin məqsədi tamaşaçıya hansısa mesajı ötürmək olmalıdır. Bu gün filmlər daha çox ssenaristin qonorar alması üçün çəkilir.


– Bəs bu gün filmlərdə reklamların çoxalması barədə nə düşünürsünüz?
– Bu da ayrıca problemdir. İndi filmlərin içində açıq-açıq reklam yerləşdirirlər. Məsələn, səhnədə qız deyir: “Özümü pis hiss edirəm”, digəri cavab verir: “Filan şirkətin çayını iç, düzələrsən”. Bu, artıq film deyil, reklamdır. Reklam ayrıca sahədir, kinoya gətirmək olmaz. Bu, filmin bədii dəyərini aşağı salır.


– Yəni sizcə, filmlərin keyfiyyətsizliyinin səbəbi maddi durum deyil?
– Qətiyyən yox. Dövlət kino sahəsinə kifayət qədər vəsait ayırır. Sadəcə, işi bilməyənlər bu sahədə fəaliyyət göstərirlər. Peşəkarların kökü kəsilib. O vaxtlar rejissorlar, kinoşünaslar, operatorlar Moskvada təhsil alırdılar. Artıq 30 ildir ki, belə imkan yoxdur. Bizim indiki institut o səviyyəni verə bilmir, çünki təməl baza yoxdur.


– Bəs sizcə, bu vəziyyətdən çıxış yolu nə ola bilər?
– Hər şeyin əsasında sistem dayanır. Kino sahəsində yenidən professional mühit formalaşdırmaq lazımdır. Peşəkar rejissor, ssenarist və operatorlar yetişdirilməlidir. Əks halda, biz illərlə bu bəsit və mənasız seriallarla vaxt itirəcəyik."

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

İran Ermənistana xəbərdarlıq edib

05.11.2026 16:17 Dünya

Zəngilan Aqroparkı yaradılıb -

05.11.2026 15:59 Siyasət

Prezident bir qrup media nümayəndəsini təltif etdi -

05.11.2026 15:55 Siyasət

Abşeron Milli Parkı dənizə qədər uzadılacaq

05.11.2026 15:42 Gündəm

Ronaldo yığmada karyerasını bitirdiyini açıqlayıb

05.11.2026 15:29 İdman

Bu avtobuslar yenilənir -

05.11.2026 14:19 Cəmiyyət

Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

05.11.2026 14:02 Cəmiyyət

Rüblük vergi bəyannamələri ləğv ediləcək

05.11.2026 13:10 Cəmiyyət

İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri -

05.11.2026 12:59 Cəmiyyət

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

05.11.2026 12:48 Cəmiyyət

Paşinyan COP31-də iştirak üçün Türkiyəyə gedəcək

05.11.2026 12:41 Gündəm

DTX dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı

05.11.2026 12:35 Hadisə

Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb

05.11.2026 12:14 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək