Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Sumqayıtda “Zəfərin Rəngi” adlı tədbir keçirilib
Sumqayıtda “Zəfərin Rəngi” adlı tədbir keçirilib
Mədəniyyət

Sumqayıtda “Zəfərin Rəngi” adlı tədbir keçirilib

Xpress.az Redaksiyası 28.10.2025 18:50

Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində 8 Noyabr – “Zəfər Günü”nə həsr olunmuş “Zəfərin Rəngi” adlı tədbir keçirilib.

Toplantıda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları - Hikmət Babaoğlu, Pərvin Kərimzadə, Rizvan Nəbiyev, Xalq rəssamları, şəhid ailələri, müharibə veteranları və digər tanınmış şəxslər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinə 1 dəqiqəlik sükut elan edilib.  Daha sonra Sumqayıt şəhərindəki Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin xor kollektivinin və ansamblın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrinin, azad edilmiş şəhər və kəndlərin görüntülərinin, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin əks olunduğu videoçarx nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsi çərçivəsində Vətən müharibəsi şəhidi İsgəndərov Elvinin oğlu Cəsur İsgəndərovun və şəhdimiz Babaxanov Elmanın qızı Asena Babaxanovanın iştirakı ilə gənc rəssam Emin Aslanovun "44 Zəfər Plakatı" adlı sərginin açılışı olub.

Toplantıda çıxış edən Milli Məclisin deputatı Səbinə Salmanova qeyd edib ki, Vətən müharibəsi Azərbaycan tarixinın ən şanlı səhifələrindən biridir:

“30 ilə yaxın müddət ərzində doğma yurdlarımızın işğal günlərini dərin kədərlə xatırlayır, torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşayırdıq. İçimizdəki inamı, el-obamıza geri dönmək istəyimizi heç vaxt itirmirdik. Hər xoş, hər bayram, hər xüsusi günümüzdə Qubadlıda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Şuşada olmaq, o torpaqlarda sevincimizi paylaşmaq arzusuyla yaşayırdıq. 
44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizlə biz tək torpaqlarımızı geri qaytarmadıq, milli ləyaqətimizi bərpa etdikvə tarixi ədaləti bərqərar etdik. Bu fəxarətli hissləri bizə yaşatdığına görə, başda Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev olmaqla, Rəşadətli Azərbaycan Ordusuna, şirin canlarından keçmiş şəhdilərimizə, qazilərimizə və müharibə veteranlarımıza borcluyuq”.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova isə çıxışında Azərbaycan Ordusunun  şücaətindən bəhs edib. O qeyd edib ki, Azərbaycan xalqı öz qəhrəman oğullarının xatirəsini heç vaxt unutmayacaq, onların qanı bahasına qazanılmış bu Zəfər nəsildən-nəslə iftixarla ötürüləcək.

Toplantıda daha sonra Milli Məclisin deputatları – Hikmət Babaoğlu, Pərvin Kərimzadə və Rizvan Nəbiyev çıxış ediblər.

Deputatlar qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü xalqımızın əzmi, birliyi və dövlətimizin qətiyyətli iradəsi nəticəsində əldə edilmiş tarixi qələbənin rəmzidir. Onlar vurğulayıblar ki, bu möhtəşəm Zəfər Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazdığı qəhrəmanlıq dastanıdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan dövlətinin gücünü, xalqımızın milli həmrəyliyini və ordumuzun məğrur ruhunu bütün dünyaya nümayiş etdirdi.

Mərasimdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov isə Zəfər Gününü Azərbaycan xalqının qürur və şərəf səhifəsi kimi dəyərləndirib: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşməni torpaqlarımızdan qovaraq 30 illik həsrətə son qoydu”.

Tədbirin təşkilatçısı deputat Səbinə Salmanova onu da bildirib ki, sərgidə təqdim olunan bütün rəsmlər Sumqayıt şəhər məktəblərinə hədiyyə ediləcək.

Çıxışların ardından tədbir bədii hissə ilə davam etdirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək