Şuşa Məscidinin ƏN SON GÖRÜNTÜLƏRİ- FOTOLAR
Şuşada möhtəşəm məscid kompleksi inşa edilir.
Şuşada Azərbaycanın milli-mənəvi dəyərlərini, İslam dininin rəmzini və xalqımızın azadlıq iradəsini əks etdirən möhtəşəm məscid kompleksi inşa olunur. İşğaldan azad edilmiş bu qədim şəhərdə tikiləcək yeni məscid həm memarlıq xüsusiyyətləri, həm də simvolik mənası ilə fərqlənəcək.
Xpress.az xəbər verir ki, layihəyə əsasən, məscid kompleksində milli memarlıq üslubuna uyğun dizayn edilmiş, 72 metr hündürlüyündə iki minarə ucaldılacaq. Bu minarələr Azərbaycanın gücünü, əzmini və tarixə sadiqliyini təcəssüm etdirəcək.
Hazırda Şuşa şəhərində yerləşən tarixi Şuşa Məscidində də genişmiqyaslı bərpa və təmir işləri aparılır. Məscidin əvvəlki görkəmi qorunmaqla yanaşı, onun funksionallığı artırılır, interyer və eksteryer elementləri yenidən bərpa olunur. Təmir işləri həm memarlıq baxımından, həm də dini icmaların rahat ibadət etməsi üçün yüksək standartlara uyğun şəkildə həyata keçirilir.

Aşağıda təqdim etdiyimiz görüntülərdə Şuşa Məscidində aparılan təmir işlərinin gedişatı əks olunub.
