Tramp Si Cinpinlə Ukraynada nizamlanma variantlarını müzakirə edəcək
Xpress.az Bloomberg-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çinin Rusiyadan neft alması ilə bağlı Çin lideri Si Tsinpinlə müzakirə etmək niyyətindədir.
Dövlət başçıları Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşməyi planlaşdırır. Tədbir oktyabrın 31-dən noyabrın 1-dək baş tutacaq.
Oktyabrın 22-də Tramp jurnalistlərlə görüşündə Çin prezidentinin Ukraynadakı münaqişənin həlli üçün sülh prosesinə təsir göstərə biləcəyini bəyan edib. Konkret olaraq, ABŞ prezidentinin fikrincə, Çin lideri Rusiya prezidenti Vladimir Putinə əhəmiyyətli şəkildə təsir göstərmək iqtidarındadır.