Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman UFC-də böyük qalmaqal: Məşhur idmançıların döyüşü...
UFC-də böyük qalmaqal: Məşhur idmançıların döyüşü şübhə doğurub
İdman

UFC-də böyük qalmaqal: Məşhur idmançıların döyüşü şübhə doğurub

Xpress.az Redaksiyası 04.11.2025 21:15

Böyük tamaşaçı auditoriyasına malik UFC döyüşlərində ciddi qalmaqal yaşanıb.

Noyabrın 2-də Las-Veqasda keçirilən döyüşdə ABŞ-li idmançı İsaak Dulqaryan kubalı Yadyer del Valyeyə gözlənilmədən uduzub. Amerikalı döyüşçü ilk raundda boğucu fəndlə rəqibinə məğlub olub.

Döyüşdən əvvəl Dulqaryan bütün əsas bukmeyker kontorları tərəfindən aşkar favorit hesab edilirdi. Döyüş yaxınlaşdıqca bukmeyker kontorlarında şanslar gözlənilmədən dəyişib.

Məsələ ilə bağlı UFC araşdırmalara başlayıb. Amerikalı idmançının rəqibinə qəsdən uduzması iddiası araşdırılır.

"Həmin döyüşlə bağlı faktlar hərtərəfli araşdırılır. Biz bu iddiaları çox ciddi qəbul edirik", - deyə UFC-nin yaydığı açıqlamada bildirilir.

Xəbərdə qeyd olunur ki, sözügedən döyüşdən sonra "William Hill" və "Caesar's Sportsbooks" kimi bir neçə böyük bukmeyker kontorları pul qoyuluşu edən müştərilərinə ödənişləri geri qaytarmağı təklif edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək