Vanqadan 2026 xəbərdarlıqları: Müharibə, qıtlıq və siyasi çöküş...
Vanqa kimi tanınan bolqar görgücü və keçmiş kəşfiyyatçı Vangeliya Quşterova ölümündən illər keçməsinə baxmayaraq, onun proqnozları hələ də geniş maraq doğurur. Vanqanın gələcəyə dair bəzi öncəgörmələri, xüsusilə 2026-cı ilə aid etdiyi hadisələrlə bağlı dedikləri diqqət çəkməyə davam edir.
Görgüçünün sözlərinə görə, 21-ci əsrin ortalarında bəşəriyyət ətraf mühitə biganə yanaşmasının ağır nəticələri ilə qarşılaşacaq. O bildirib ki, yaxın illərdə dünya miqyasında təbii fəlakətlərin sayı artacaq, qlobal istiləşmə daha da güclənəcək və içməli suya çıxış məhdudlaşacaq.
Vanqa eyni zamanda dünya nizamında köklü dəyişikliklərin baş verəcəyini də proqnozlaşdırıb. Onun dediyinə görə, 2026-cı ildə yeni silahlı münaqişələr başlaya bilər, siyasi sistemlər dağılacaq və yeni regional ittifaqlar formalaşacaq. O, Qərbin zəifləyəcəyini, əvəzində isə Çinin təsir gücünün artacağını bildirib.
Onun ən narahatedici proqnozlarından biri isə dünyada genişmiqyaslı ərzaq qıtlığı ilə bağlıdır. Onun sözlərinə görə, məhsuldarlıq azalacaq, ərzaq qiymətləri kəskin bahalaşacaq və insanlar gündəlik qidalanma ehtiyaclarını ödəmək üçün çətin mübarizəyə məcbur qalacaqlar.
Bu arada bəzi beynəlxalq mətbu orqanlar Vanqanın proqnozlarını son dövrlərdə baş verən hadisələrlə əlaqələndirməyə çalışırlar. Məsələn, Kiyevin mümkün təxliyəsi, Polşanın Rzeşov şəhərində Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdi və Moldovanın Dnestryanı bölgəsinə yönəlik planları bu proqnozların fonunda diqqətlə izlənilir.
Xatırladaq ki, Vanqa ilə yanaşı, digər bəzi mənəvi lider və görgü sahiblərinin də oxşar xəbərdarlıqları mövcuddur. Onların da fikrincə, yaxın illər dünya üçün ciddi sınaq dövrü ola bilər.
Hazırda bu kimi iddiaların reallıq payı dəqiq məlum olmasa da, Vanqanın öncəgörmələri ictimai maraq və müzakirə obyektinə çevrilməkdə davam edir.