Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Xanımlar üçün “YeniSƏN” adlı maarifləndirici forum...
Xanımlar üçün “YeniSƏN” adlı maarifləndirici forum keçirildi
Mədəniyyət

Xanımlar üçün “YeniSƏN” adlı maarifləndirici forum keçirildi

Xpress.az Redaksiyası 27.10.2025 17:50

25 oktyabr tarixində Bakı şəhərində “World” Karyera və Peşə Mərkəzi və “Ömür Dent” diş klinikasının birgə təşkilatçılığı ilə xanımlara həsr olunmuş “YeniSƏN” adlı maarifləndirici tədbir keçirildi.

Tədbirin əsas məqsədi xanımları müasir, innovativ dünyaya hazırlamaq, onları maarifləndirmək və şəxsi inkişaf istiqamətində motivasiya etmək idi. Forum çərçivəsində 13 spiker hüquq, təhsil, psixologiya, fərdi inkişaf, ailə daxili sabitlik və digər mövzularda çıxış edərək 400-ə yaxın iştirakçını maarifləndirdi.

Rəsmi açılış mərasimindən sonra sahələrinin peşəkarı olan spikerlər öz təqdimatlarını forum iştirakçılarına təqdim etdilər. Çay fasiləsi zamanı iştirakçılar faydalı əlaqələr qurmaq, yeni tanışlıqlar və əməkdaşlıq imkanları əldə etmək imkanı qazandılar.

Tədbirin davamında gənc dizaynerlərin əl işlərindən ibarət dəb nümayişi keçirildi. Forum bol motivasiya, səmimi ünsiyyət və yeni dostluqların yaranması ilə yadda qaldı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək