“Yandex” geyilə bilən cihaz bazarına girir: Süni intellekt artıq qulağınızda!
“Yandex” geyilə bilən cihazlar üzərində işləyir
Xpress.az RBC-yə istinadən xəbər verir ki, “Yandex” yeni bir cihaz kateqoriyası – geyilə bilən texnologiyalar (wearables) üzərində işləməyə başlayıb.
Məlumata görə, bu kateqoriyaya daxil olacaq ilk məhsul süni intellekt əsaslı çat-botla təchiz edilmiş qulaqlıq olacaq. Qulaqlıqda istifadə edilən çat-bot böyük dil modellərinə (LLM) əsaslanır və intellektual agent funksiyalarına malikdir.
Bu, o deməkdir ki, cihaz təkcə istifadəçinin suallarına cavab verməklə kifayətlənmir, həm də müstəqil şəkildə tapşırıqları yerinə yetirə, məlumatları təhlil edə, müəyyən parametrlər əsasında qərar qəbul edə, digər sistemlərlə qarşılıqlı əlaqə qura və öz təcrübəsindən öyrənə bilir.