Yaponiya Trampı Nobelə namizəd göstərdi
Xpress.az xarici mənbələrə istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Sanae Takaichi ABŞ Prezidenti Donald Trampın namizədliyini Nobel Sülh Mükafatına irəli sürüb.
Takaichi bildirib ki, “qısa müddət ərzində dünya daha sakit bir yerə çevrilib” və Trampın liderliyindən dərin təsirləndiyini vurğulayıb.“The New York Post”un məlumatına görə, yapon baş nazir Trampın 2026-cı il üçün Nobel Sülh Mükafatına namizədliyini təqdim edib. Ağ Evin nümayəndəsi qeyd edib ki, Takaichi prezidentə bu barədə şəxsən məlumat verib və sənədləri təqdim edib.
Bəyanat iki ölkə arasında “yeni qızıl dövr” adlandırılan əməkdaşlıq mərhələsinə dair sənədlərin – strateji investisiyalar və nadir metalların təchizatı üzrə memorandumların – imzalanmasından sonra səsləndirilib.
Qeyd edək ki, Donald Tramp oktyabrın 27-dən etibarən rəsmi səfərlə Yaponiyada səfərdədir.