Dünya
“Yeşilçam” aktyorunu motosiklet vurdu, öldü
Xpress.az Redaksiyası
01.11.2025 17:05
“Yeşilçam”ın əfsanəvi aktyoru Engin Çağlar yol qəzası nəticəsində vəfat edib.
Bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, E.Çağları motosiklet vurub və o, xəstəxanaya aparılıb.
Yaralanan 85 yaşlı sənətkar həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.
Məlumata görə, Engin Çağlar bir həftə əvvəl “check-up” olunub və onda heç bir sağlamlıq problemi aşkarlanmayıb.
Qeyd olunub ki, akytor sabah dəfn ediləcək.




