Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət YUĞ Teatrı Meksikada
YUĞ Teatrı Meksikada
Mədəniyyət

YUĞ Teatrı Meksikada

Xpress.az Redaksiyası 20.10.2025 17:55


Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Rspubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edib. Kollektiv Festivalda Azərbaycanı “Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə təmsil edib.  Nümayişi 16 oktyabr yerli vaxtla saat 18.30-da Kimera teatrında baş tutan tamaşa seyrçilər tərəfindən maraqla qarşılanıb.  Tamaşada Əməkdar artist Qasım Nağı, aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov çıxış edib. Janrı ilahi oyun kimi təyin olunmuş səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı İffət Əsgərovdur. 


Azərbaycanı ilk dəfə Meksika Birləşmiş Ştatlarında YUĞ Teatrı təmsil edib. 1991-ci ildən etibarən hər il Meksikanın Metepek şəhərində keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı çərçivəsində konsert proqramları, teatr tamaşaları, rəsm, foto, kitab sərgiləri və milli mətbəx nümunələrinin təqdimatı təşkil edilir. Hər il təxminən 400 min ziyarətçinin qatıldığı 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı Meksikada xalq diplomatiyası və mədəni mübadilələrin təşviqi baxımından ən mötəbər tədbirlərdən biri hesab olunur.


Qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının festivalda iştirakı AR Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin, eləcə də Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək