Dünya
Yunanıstanda zəlzələ: təkanlar Türkiyədə də hiss olunub
Xpress.az Redaksiyası
05.11.2025 18:45
Yunanıstan-Türkiyə sərhədi yaxınlığında yerləşən Drama şəhəri yaxınlarında 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumat verilib.
Yeraltı təkanlar Türkiyənin bəzi bölgələrində də hiss olunub.
Zəlzələ 5 noyabr tarixində, Bakı vaxtı ilə saat 11:16-da baş verib. Episentrin dərinliyi təxminən 15 kilometr olub.
Hazırda tələfat və ya dağıntı barədə məlumat verilmir.