Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Müsahibə Zərif əllər,güclü iradə...
Zərif əllər,güclü iradə...
Müsahibə

Zərif əllər,güclü iradə... -MÜSAHİBƏ

Xpress.az Redaksiyası 24.10.2025 17:00

"Qadın böyük qüvvədir" ifadəsi əbəs yerə deyilməyib. Həm ana,həm ev, həm də iş xanımı olmaq heç də asan deyil. Və güclü qadın bunun öhtəsindən hər zaman məharətlə gəlir. Xüsusilə əl işləri,yaradıcılıqla məşğul olan qadınlar fərqli bir dünyaya sahib olurlar.Bu günkü müsahibim də belə yaradıcı ruhlu və uğurlu qadınlardan biri Gəncə şəhərindən,Azərbaycan Texnologiya universitetinin baş müəllimi Məmmədli Zeynəb Tahir qızıdır. Necə oldu ki, maraqlı əl işləri hazırlamağa başladınız?

“Ay dekor” və “Zeyhome” brendlərinin yaradıcısı ilə söhbət

– Yaradıcılıq yolunuz necə başladı?

Hələ uşaq yaşlarımdan rəsmlər çəkməyi, evdə özüm üçün dekorativ əşyalar hazırlamağı sevirdim. Hər kəs mənim əl qabiliyyətimdən danışırdı, amma heç vaxt bu hobbimi biznesə çevirməyi düşünməmişdim. Çünki mənim üçün təhsil və elm hər zaman üstünlük təşkil edib.

Ailə, uşaqlar, iş... Həyatım həmişə dolu və hərəkətli olub.
2020-ci ildə pandemiya səbəbindən onlayn rejimə keçdik və evdə keçirdiyim vaxt artdı. Həmin dövrdə yaxın bir şəxs üçün hədiyyə axtarırdım. İnternetdə araşdırma apararkən “kokulu taş” (ətirli daş) hədiyyəliklərinə rast gəldim. Mövzu marağımı çəkdi və lazımi ləvazimatları ala biləcəyim səhifələri tapdım. Artıq içimdə böyük bir istək yaranmışdı – nələrsə hazırlayaraq enerjimi sərf etmək istəyirdim.

Fikrimi evdə paylaşanda, valideynlərim hər zamankı kimi məni dəstəklədilər və ruhlandırdılar. Beləcə “Ətirli daşlar”dan qoxulu dekorlar hazırlamağa başladım.

Ən qürurverici məqam isə 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri üçün təmənnasız olaraq hazırladığım dekorlar idi. Həmin işləri mənəvi olaraq çox çətinliklə hazırlasam da, kiçik də olsa əməyimin keçdiyini hiss edərək qürur duydum.

– Həm müəllim, həm də biznes-ledi olmaq sizə çətin deyil ki?

Əlbəttə, çətindir. Amma mən işlərə zülm kimi yox, zəhmət kimi yanaşıram ki, nəticəsində bəhrəsi şirin olsun. Bəzən geriyə baxanda, keçdiyim yolların nə qədər çətin olduğunu anlayıram. Şükürlər olsun, Allah insana verdiyi ruhla yanaşı, hər bir işin öhdəsindən gəlmək üçün güc və qüvvət də verir.

Gündüzlər dərs, mühazirələr, övladlara vaxt ayırmaq… Buna görə də əl işləri ilə yalnız gecələr məşğul ola bilirəm. Sifarişləri səhərə qədər yatmadan hazırladığım günlər çox olub. Amma bu işə qəlbimi və sevgimi qoyduğum üçün çəkdiyim zəhmət mənə ağır gəlmir.

– Heç yorulduğunuz və dayanmaq istədiyiniz anlar olubmu?

Bəli, olub. Yuxusuz gecələr, sifarişi vaxtında çatdıra bilməmək həyəcanı, fiziki və mənəvi yorğunluq bəzən məni bu işdən uzaqlaşdırmaq istəyinə gətirib çıxarıb. Hətta bir neçə dəfə sosial şəbəkə səhifəmdə qəliblərimi satışa çıxarmışam.

Ancaq izləyicilərimdən gələn saysız-hesabsız dəstək mesajları, “Satmayın, davam edin!” kimi çağırışlar məni yenidən motivasiya edib. O dəstək mənim üçün böyük stimul oldu. Çünki o işıq mənim daxilimdədir — mən hər zaman yaratmaq və faydalı işlərlə məşğul olmaq istəmişəm.

Məhz bu istək nəticəsində “Ay dekor” hədiyyələri ilə yanaşı, “Zeyhome” adlı yeni layihəmi təqdim etdim. Bu layihə çərçivəsində müxtəlif ev aksesuarlarının tikilişi və hazırlanması ilə müştərilərimə yeniliklər təqdim edirəm.

İnanıram ki, yaxın zamanda “Zeyhome” tanınmış bir brend olacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək