Mədəniyyət
20 ildən sonra türkiyəli müğənni Əmrah Bakıda!
Xpress.az Redaksiyası
26.10.2025 12:38
1990–2000-ci illərdə ölkəmizdə böyük sevgi ilə qarşılanan Türkiyənin sevilən müğənnisi Emrah, uzun fasilədən sonra yenidən Azərbaycana gəlib. O, 25 oktyabr tarixində Bakı Konqres Mərkəzində pərəstişkarları ilə görüşüb.
Xpress.az xəbər verir ki, məşhur sənətçi ölkəmizə dönüşü ilə bağlı bunları deyib:
“Hər yer bir yana, Azərbaycan bir yana. Buradakı sevənlərimi çox özləmişəm.”
Emrah konsert zamanı həm məşhur hitlərini, həm də yeni mahnılarını səsləndirərək,unudulmaz və enerji dolu səhnə performansını nümayiş etdirərək musiqisevərlərə yaddaqalan anlar yaşadıb.
Afaq.