80 yaşında da 45 yaşındakı kimi görünmək mümkündür -alimlərin sübutu
Neqativ düşüncələr, stress, insan ömrünü qısaldan 1 nömrəli səbəbdir. Bunu Xpress.az-a təbii gəncləşmə üzrə ekspert Afaq Qurbanzadə deyib.
İnsanın yaşı əslində rəqəmlərdən deyil telomerlərin ölçüsündən asılıdır. Telomerlər nə qədər uzun olsa o qədər sağlam, gənc və gümrah qalmaq mümkündür. Telomerləri qısaldan əsas iki səbəb mövcuddur .
1. Hərəkətsizlik
2.Stressdir.
5 il ərzində yeni ana olmuş qadınlar üzərində aparılan araşdırmaların nəticəsində sübut olunub ki, ağır stressli anlarda belə telomerlərin ölçüsünü qorumaq mümkündür. Alimlər səyahətləri, gözəl təbiətdə istirahət etməyi,xüsusilə idmanla məşqul olmağı tövsiyə edir. Əlbətdə bütün bunlar çox faydalıdır. Yalnız vacib bir məqamı unutmamaq gərəkir. Dünyanın ən gözəl yerində dincəlmək olar, amma əgər beyni neqativ zəbt edibsə heç bir faydası olmayacaq. Çünki əsl istirahət fiziki yox zehnidi. Heç bir ölkəyə səyahət etmədən sadəcə neqativ düşüncələri bloklamaq,sakit təbiəti dinlədikcə daha gözəl istirahət etmək olar. Əsas beyni neqativdən, lazımsız məlumatlardan azad etmək, həmin an təbiətin gözəlliyini izləmklə beyni məşqul etmək lazımdır. Bu zaman seratonin artır kortizol azalır. Hər vəziyyətdə daxili harmoniyanı qorumağı bacarmaq lazımdır. Yalnız belə olan halda tam istirahət etmək və telomerlərin ölçüsünü qorumaq mümkündür.
Afaq