Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Müsahibə “Biz artıq susmayacağıq!” –
“Biz artıq susmayacağıq!” –
Müsahibə

“Biz artıq susmayacağıq!” – Ziya Ağadan ARKA qərarına etiraz edir

Xpress.az Redaksiyası 19.10.2025 09:34

Azərbaycan kinosunda son illər dövlət dəstəyi ilə istehsal olunan filmlərin sayı artsa da, bu proses ətrafında zaman-zaman müzakirələr və suallar yaranır. Xüsusilə də ARKA-nın (Azərbaycan Respublikası Kino Agentliyi) “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin nəticələri açıqlandıqdan sonra bir sıra kino xadimləri qərarların şəffaflığı və obyektivliyi ilə bağlı narazılıqlarını ifadə ediblər.
Bu il diqqətçəkən layihələrdən biri — prodüser Ziya Ağanın rəhbərlik etdiyi “Tanrının otağı” filmi idi. Mövzusu, ideya dərinliyi və texniki təqdimatı ilə həm yerli, həm də beynəlxalq miqyasda maraq doğuran bu layihə, gözlənilmədən qaliblər siyahısında yer almadı.
Biz də bu qərarın arxasında duran səbəbləri və prosesin gedişatını öyrənmək üçün layihənin prodüseri Ziya Ağa ilə həmsöhbət olduq.

– Ziya bəy, bildiyimizə görə, “Tanrının otağı” adlı film layihəniz bu il ARKA-nın “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsində qaliblər siyahısına düşməyib. Bu qərarı necə qarşıladınız?


-Təbii ki, bu qərar məndə həm dərin təəccüb, həm də bir sıra əsaslı suallar doğurdu. Layihənin kənarda qalması, mənim fikrimcə, pitçinqin ədalətli keçirilməməsi ilə bağlıdır. Xarici təcrübəyə nəzər salsaq, film layihələri adətən onların istehsalat potensialına və bədii səviyyəsinə əsasən qiymətləndirilir. Bu dəfə isə, təəssüf ki, meyarlar kino sənəti ilə birbaşa əlaqəsi olmayan prinsiplərlə müəyyən edilib.


– Layihənizin mövzusu barədə danışardınız? Sizcə, bu qədər aktual bir mövzuya baxmayaraq, niyə diqqətdən kənarda qalıb?


-Filmdə münaqişə dövründə Yerevandan köçən azərbaycanlı ana və qızın, eləcə də Bakıda yaşayan erməni ailəsinin evlərini dəyişməsi fonunda iki xalqın nümayəndələrinin birgə yaşamağa məcbur qalması təsvir olunur. Qan və düşmənçilik divarlarının kölgəsində tənha qalan iki qadın zamanla birgə yaşamağın, bir-birini anlamağın yolunu tapmağa çalışır.
Layihənin mövzusu ölkənin hazırkı dövlət strategiyası ilə birbaşa əlaqəlidir. Cənab Prezidentin uğurlu siyasəti nəticəsində Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan işlər fonunda “Tanrının otağı” cəmiyyətin sülh, barış və humanizm ehtiyacını ifadə edən vacib bədii əsərlərdən biridir. Belə bir şəraitdə ARKA kimi bir qurumun bu qədər aktual və strateji mövzunu dəstəkləməməsi doğrudan da anlaşılmazdır. Nə üçün beynəlxalq yayım potensialına malik bir layihə diqqətdən kənarda qalmalıdır?

Müsabiqəyə təqdim etdiyiniz material, tizer və layihənin texniki səviyyəsi barədə nə deyə bilərsiniz?


-Əvvəla qeyd edim ki, pitçinqin bir neçə növü var. Əgər söhbət sadəcə rejissorun ideyasını istehsalçı qarşısında təqdim etməsindən gedirsə, orada texniki tərəflər o qədər də vacib olmaya bilər. Amma ARKA-nın təşkil etdiyi pitçinq formatında əsas məqsəd şirkətlərin öz istehsal potensialını, komandasını və yaradıcılıq bacarığını nümayiş etdirməsidir.
Sadə desək, əgər bir dəqiqəlik tizerdə texniki və bədii keyfiyyəti göstərə bilmirsənsə, 90 dəqiqəlik filmi necə keyfiyyətli çəkəcəyinə kim inanacaq? Bizim təqdim etdiyimiz tizer isə layihənin hazırlıq səviyyəsini tam əks etdirirdi. Aktyor heyətindən tutmuş çəkiliş qrupuna, səs tərtibatına və görüntü keyfiyyətinə qədər hər şey texniki standartlara cavab verirdi. Amma və lakin... nəticə gözlənilən kimi olmadı.

Bu qərar sizə şəxsi və peşəkar baxımdan necə təsir etdi? Və bundan sonra hansı addımları atmağı planlaşdırırsınız?


-Bu qədər əməyin qarşılığında, həm yerli, həm də xarici tərəfdaşların bizə inandığı bir zamanda, öz ölkəmizdə müəmmalı səbəblərdən dəstək ala bilməməyimiz məni bir prodüser və ümumilikdə kino sahəsinin nümayəndəsi kimi ciddi narahat edir.
Biz hörmətli Rəşad Əzizovla rəsmi görüş üçün müraciət etmişik, lakin hələ cavab almamışıq. Ola bilər ki, çox məşğuldurlar – axı, hər il istehsal olunan filmlərin sayı o qədər artır ki, bəlkə də başlarını qaldırmağa vaxt tapmırlar.

Bununla belə, biz susmaq fikrində deyilik. Bu məsələni həm ictimaiyyətin, həm də aidiyyəti qurumların diqqətinə çatdıracağıq. Azərbaycan kinosunun inkişafı yolunda bu cür əngəllərin aradan qaldırılması vacibdir.

Artıq ARKA-nın nəzərdə tutduğu apellyasiyaya da müraciət etmişik. İstəyirəm ki, hər kəs bilsin — biz bu məsələnin sonunadək gedəcəyik. Qərarın məsuliyyətini kim və ya kimlər daşıyır, biz də, pitçinqi izləyən tamaşaçılar da bunu bilməyə haqqı var. Bu dəfə keçən ilki kimi olmayacaq. Danışılacaq çox şey var. Növbəti görüşümüzdə biz bu barədə daha ətraflı və faktlarla danışacağıq. Hələlik izləyək, görək “apellyasiya”dan nə nəticə çıxacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək