Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət "Dostluq" kinoteatrının tarixi abidə statusu almas...
"Dostluq" kinoteatrının tarixi abidə statusu almasına müsbət rəy verilməyib, bərpaya yararsızdır
Mədəniyyət

"Dostluq" kinoteatrının tarixi abidə statusu almasına müsbət rəy verilməyib, bərpaya yararsızdır

Xpress.az Redaksiyası 17.10.2025 18:43

Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn "Dostluq" kinoteatrının tarixi abidə statusu almasına, həmçinin bərpa edilməsinə müsbət rəy verilməyib.

"Report"un əldə etdiyi məlumata görə, binaya baxış keçirildikdən sonra onun qəzalı vəziyyətdə və bərpaya yararsız olduğu qənaətinə gəlinib.

Binanın restavrasiya edilməsi istiqamətində ötən ilin dekabrında müsabiqə keçirilməsini və bu ilin martında qaliblərin açıqlandığını nəzərə alaraq "Report" Azərbaycan Memarlar İttifaqı ilə əlaqə saxlayıb.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə binanın bərpası istiqamətində keçirilən müsabiqə barədə qeyd edib ki, yekun nəticədə binanın tarixi abidə kimi qiymətləndirilmədiyi görünür:

"Biz müsabiqə yolu ilə, bir növ, ictimai rəyi, peşəkar memarları mövzuya cəlb etmişdik və nəticə belə oldu ki, bina tarixi abidə kimi qiymətləndirilmir. Təqdim olunan layihələrə baxanda aydın görünür ki, orada binanın əvvəlki forması qoruyan, olduğu kimi saxlayan layihə yoxdur. Təyinatından tutmuş görünüşünə qədər hər bir detal dəyişdirilib. Yəni təqdim olunan layihələrin heç birində bərpa elementi yox idi. Bir sözlə, qənaət budur ki, "Dostluq" kinoteatrı tarixi abidə statusuna layiq deyil".

Məlumat üçün qeyd edək ki, "Dostluq" kinoteatrının bərpası üçün ötən il Azərbaycan Memarlar İttifaqı tərəfindən açıq müsabiqə elan olunmuşdu. Bu ilin martında müsabiqə başa çatmış və qaliblər elan olunmuşdu.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək