Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Enerji istehlak edən qurğu və avadanlıqlara dair t...
Enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament layihələri ictimai müzakirəyə çıxarılacaq
İqtisadiyyat

Enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament layihələri ictimai müzakirəyə çıxarılacaq

Xpress.az Redaksiyası 06.11.2025 15:58

Maraqlı tərəflər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsi (competition.gov.az) vasitəsilə sözügedən texniki reqlament layihələri ilə tanış ola, rəy və təkliflərini bildirə bilərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə 13 noyabr 2025-ci il, saat 11:00-da “Bakı KOB evi”ndə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən hazırlanmış “Soyuducu avadanlıqların enerji etiketlənməsinə dair”, "Soyuducu avadanlıqlara ekodizayn tələblərinə dair”, "Kondisionerlər və komfort ventilyatorlar üçün ekodizayn tələblərinə dair”, “Kondisionerlərin enerji etiketlənməsinə dair", “İşıq mənbələrinin və ayrı-ayrı idarəetmə mexanizmlərinin enerji etiketlənməsi haqqında”, “İşıq mənbələrinin və ayrı-ayrı idarəetmə mexanizmləri üçün ekodizayn tələbləri haqqında”, “Bişirmə sobalarının və havalandırma sistemlərinin enerji etiketlənməsi haqqında”, “Bişirmə sobaları, plitələr və havalandırma sistemləri üçün ekodizayn tələbləri haqqında”, "Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların ekodizayn tələblərinə dair”, “Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların enerji etiketlənməsinə dair” və “Tozsoranlar üçün ekodizayn tələbləri haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.

Agentlikdən Xpress.az-a bildirilib ki, vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə https://bit.ly/4nJ28tY linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər: 

Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu reqlamentlərin hazırlanmasında aktiv iştirakının təşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə aparılacaq. 

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili və layihələrdə əks olunmasına dair müzakirələrin keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçinin Agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək