Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Hikmət Babaoğlu:
Hikmət Babaoğlu:
Mədəniyyət

Hikmət Babaoğlu: “Media və təhsil dövlətçiliyin ideoloji dayağı olmalıdır”

Xpress.az Redaksiyası 05.11.2025 18:40

Dövlətçilik ənənələrimizin müasir dövrdə təbliği istiqamətində media və təhsil sisteminin üzərinə böyük məsuliyyət düşür. Bəs bu iki mühüm sahə bu funksiyasını layiqincə yerinə yetirə bilirmi? Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Xpress.az saytına fikirlərini bölüşüb.


“Biz milli dövlətçilik tariximizin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşuq. Bu mərhələnin başlıca paradiqmasını zəfər mərhələsi, qalib xalq təfəkkürü, döyüşkən və cəsur millət zehniyyəti təşkil etməlidir. Bu, nəticə etibarilə milli mentalitetimizin yenidən formalaşdırılması və tarixi missiyamızın dünya siyasətində qlobal miqyasda bərpası üçün olduqca vacibdir.
Ona görə də milli dövlətçilik ənənələrimizin əsas mənəvi komponentləri olan tarixi yaddaşın, milli kimliyin və mənəvi dəyərlərin yenidən bərpasına böyük ehtiyac var. Bu isə müxtəlif vasitələrlə həyata keçirilə bilər və hər şeydən öncə milli vəzifə kimi qarşımızda dayanır. Qələbəmizin dərinləşdirilməsi və onun daha geniş miqyasda təsirli olması milli gələcəyimiz baxımından zəruridir.
Mən düşünürəm ki, ilk növbədə bu istiqamətdə akademik tədqiqatlar aparılmalı, əldə olunan nəticələr isə publik dildə — dünyada yaşayan bütün azərbaycanlılara çatdırılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyev əslində bu hədəfləri və metodları göstərdi. O qeyd etdi ki, Azərbaycandan kənarda da azərbaycanlılar yaşayır və onlar yaşadıqları ölkələrin ləyaqətli vətəndaşlarıdır. Lakin biz, millət olaraq, eyni mənsubiyyəti daşıyırıq. Belə olan halda, Azərbaycan dövlətinin və elminin potensialı bütövlükdə ölkəmizin etno-mədəni və tarixi coğrafiyasını əhatə etməlidir.

Bu məsələdə təhsil sisteminin də üzərinə böyük vəzifələr düşür. Çünki tədris olunan dərsliklər Prezidentin də vurğuladığı kimi, yeni metod və üsullarla — qısa broşürlər, videoçarxlar və digər innovativ vasitələrlə təqdim edilməlidir. Bu, ictimai yaddaşda daha tez mənimsənilən bir formada tariximizin, coğrafiyamızın, toponimlərimizin və dövlətçilik ənənələrimizin öyrənilməsinə xidmət edəcək. Bu isə milli məqsədlərimiz və inkişaf perspektivlərimiz baxımından son dərəcə zəruridir".

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək